Şərtlər və Qaydalar
Fərdi məlumatların işlənilməsi siyasəti


BİZ KİMİK:
  • “Retail Group Azərbaycan” MMC - ZARA Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701186471
  • “Spanish Retail Azərbaycan” MMC - STRADIVARIUS Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701236211
  • “Pro Retail Azərbaycan” MMC – PULL&BEAR Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701239251
  • “Mega Store Azərbaycan” MMC – OYSHO Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701244161
  • “Master Retail Azərbaycan” MMC – MASSIMO DUTTI Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701241381
  • “Best Retail Azərbaycan” MMC – BERSHKA Ünvan: Bakı, Səbail rayonu, Nizami küçəsi 42 VÖEN: 1701233021


(bundan sonra - "Şirkət" / "Fərdi məlumatların operatoru").

Biz Azərbaycanda veb-sayt üzərində yerləşdirilən markaların rəsmi nümayəndəsiyik; həmçinin Françayzinq Müqavilələri əsasında Azərbaycan ərazisində yuxarıda göstərilən brendlərin mağazalarını idarə edirik. www.rgaz.az veb-saytı “Retail Group Azərbaycan” MMC-yə məxsus olaraq, idarə olunur. Biz sizə telefonla / distant satışları təmin etmək üçün tamamlanmış elektron müraciətlərinizi nəzərdən keçiririk və beləliklə, fərdi məlumatlarınızın işlənməsi prosessi həyata keçiririk. Zəhmət olmazsa, müraciət etməzdən əvvəl hazırkı şərtləri və qaydaları, eləcə də Fərdi məlumatların işlənməsi siyasətini oxuyun.

FƏRDİ MƏLUMATLARINIZI NƏ ÜÇÜN İSTİFADƏ EDİRİK:
Biz telefon / distant satış məqsədləri üçün lazım olan həcmdə fərdi məlumatlarınızı istifadə edirik. Xüsusilə, fərdi məlumatlarınız müraciəti təsdiqləmək, sifarişi göstərilən ünvana çatdırmaq, vergi məqsədləri üçün işlənəcəkdir. Həmçinin fərdi məlumatlarınız sizdən rədd cavabı alana qədər marketinq fəaliyyətinə görə vaxtaşırı telefon mesajları almaq üçün istifadə olunacaq.
Fərdi məlumatlarınızı yalnız telefonla sifariş verildiyi halda saxlayacağıq.

HANSI FƏRDİ MƏLUMATLARI HANSI MƏQSƏDLƏ İSTİFADƏ EDİRİK:
  • Ad və soyad
    - şirkətin sifarişi çatdırması üçün lazım olan şəxsi müəyyən etmək, vergi və ödəniş məqsədləri üçün.
  • E-poçt:Xüsusilə Müştərinin sifarişinin verildiyi / imzalandığı və 3-5 gün ərzində sifariş almasını təmin etmək üçün müraciətinin qəbulu və daha sonra sifarişin tamamlanması barədə mətn mesajı bildirişi alması üçün.
  • Mobil telefon:
    Telefonla / distant və ya şirkətin operatoruna sifariş verilməsi zamanı çatdırılma məqsədi ilə, xüsusilə də sifarişi çatdırarkən ünsiyyət qurmaq üçün.
  • Fərdi nömrə:
    Sifarişi / satın alınan malın dəqiq çatdırılması üçün şəxsiyyəti müəyyən etmək; ödəniş və vergi məqsədləri üçün.
  • Ünvan:
    Sifarişi çatdırmaq - nəqliyyat məqsədləri üçün.
  • Bank hesabı nömrəsi:
    Müştərin arzusu ilə və onun təsdiqindən sonra, sifarişin qaytarılması halında məbləği geri qaytarmaq üçün müştərinin bank hesabı istifadə edilə bilər.

FƏRDİ MƏLUMATLARINIZI NECƏ EMAL EDİRİK:
Biz fərdi məlumatlarınızla aşağıdakı əməliyyatları yerinə yetiririk: seçmə, sistemləşdirmə, toplama, saxlama, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), ötürmə, istifadə, şəxsiyyətsizləşdirmə, bloklama, silmə, məhv etmə və s.

MƏLUMATLARINIZI KİMİNLƏ PAYLAŞIRIQ:
Biz məlumatlarınızı qanunvericilik çərçivəsində sonraki işlənilməsi üçün, sizə telefon / distant satış təmin edərkən bizə kömək edən və ya dəstək verən xidmət göstərən şəxslər (o cümlədən, poçt və kuryer xidmətləri, maliyyə məlumat operatorları, mobil və digər rabitə operatorları, nağdsız ödəniş operatorları (tədarükçü), banklar, saxtakarlığın aşkarlanması və qarşısının alınması müəssisələri, dövlət agentlikləri) ilə paylaşırıq.

SƏLAHİYYƏTLİ ŞƏXSLƏR, NƏQLİYYAT ŞİRKƏTLƏRİ:
Satın aldığınız məhsulu təmin etmək üçün çatdırılma şirkətləri ilə müqavilə əsasında əməkdaşlıq edirik və onlara fərdi məlumatlarınızı təqdim edirik. Sifariş “Pegasus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çatdırılır # Azərbaycan, Bakı, Nəriman Nərimanov Prospekti 5 +994124973705

HÜQUQLARINIZ:
Siz sizə məxsus fərdi məlumatlarınıza daxil olmaq, onları düzəltmək və ya silmək hüququna maliksiniz. Bəzi hallarda, siz həmçinin məlumatlarınızdan istifadə etməyimizə etiraz etmək və ya məlumatlarınızı tərəfimizdən ötürmək, habelə “Fərdi Məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq yazılı müraciət əsasında razılığınızı geri götürmək kimi digər hüquqlara da maliksiniz. Fərdi məlumatların işlənilməsi ilə bağlı istənilən vaxt şirkətlə əlaqə qurmaq səlahiyyətiniz var.

QANUNVERİCİLİK:
Bu Şərtlər və Qaydalar və Fərdi Məlumatların İşlənilməsi siyasəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və şərh olunur. Tərəflər arasında bu şərtlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll olunmayan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələrdə həll edilir.

ÜNVANIMIZ VƏ ƏLAQƏ MƏLUMATIMIZ:
Aşağıdakı əlaqələr vasitəsilə bizə müraciət edə bilərsiniz: Elektron poçt: support@rgaz.az Ünvan: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 42 Telefon: +994124968888

SİFARİŞ
Sifarişin verilməsi www.rgaz.az
səhifəsindəki brend üzərində göstərilən nömrəyə zəng edərək və ya WhatsApp vasitəsi ilə həyata keçirilir.
Sifarişlər hər gün saat 10: 00-dan 17: 00-dək qəbul olunur.

ÇATDIRILMA
Çatdırılma məlumatları Şərtlər və Qaydalarda, FQA-da verilmişdir və telefonla da aydınlaşdırılacaq.

ÖDƏNİŞ
Aşağıdakı ödəmə üsulları mövcuddur:
• Çatdırılma zamanı nağd ödəniş
• Kredit kartı vasitəsilə (link)


SİFARİŞİ NECƏ EDƏ BİLƏRƏM?
Ümumi səhifədən sifariş etmək istədiyiniz brendinin Azərbaycan hissəsini seçin, sifariş verərkən məhsul kodunu və ölçüsünü də daxil etdiyinizə əmin olun. Sifariş vermək üçün ümumi səhifədə brendin üzərində qeyd olunan nömrəyə zəng edə və ya yaza bilərsiniz və ya sifarişinizi WhatsApp vasitəsi ilə edə bilərsiniz. Sifariş üçün təsdiq aldıqdan sonra çatdırılmasını gözləyə bilərsiniz.

XİDMƏT ÜÇÜN TƏLƏB OLUNAN MİNUMUM ALIŞ VARMI?
Xeyr, hazırda mövcud olan hər hansı bir məhsulu seçə bilərsiniz.

HARADA ÇATDIRIRSINIZ?
Xidmət aşağıdakı şəhərlərdə çatdırılma ünvanlarında mövcuddur: Bakı və Sumqayıt.

MƏNİM SİFARİŞİMİ KİM ÇATDIRACAQ?
Sifarişiniz “Pegasus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çatdırılır # Azərbaycan, Bakı, Nəriman Nərimanov Prospekti 5: +994124973705

ÇATDIRILMA HAQQI NƏ QƏDƏRDİR?
Çatdırılma haqqı aşağıdakı kimidir: 100 (yüz) AZN və daha çox məbləğdə sifariş üçün çatdırılma ödənişsizdir.
100 (yüz) AZN -dən az olan sifarişlər üçün çatdırılma haqqı 5 (beş) AZN təşkil edir.

XÜSUSİ ÇATDIRILMA VAXTI VARMI?
Həftənin 6 günü: Bazar ertəsindən Cümə gününə qədər saat 20:00-a qədər, Şənbə günü saat 18:00-a qədər.

MƏNİM ÇATDIRILMAM NƏ QƏDƏR VAXT APARACAQ?
Sifariş təsdiqləndikdən sonra malların çatdırılması 3-5 gün ərzində Bakı və Sumqayıt şəhərlərində kuryer xidməti ilə həyata keçirilir. Çatdırılma müddəti kuryer tərəfindən əvvəlcədən təyin olunur. Tərəfinizdən verilmiş səhv məlumatlar nəticəsində sifarişin vaxtında və düzgün yerinə yetirilməməsinə görə məsuliyyət daşımırıq.

ÇATDIRILMA ZAMANI NƏYİ TƏQDİM ETMƏLİYƏM?
Şəxsiyyət vəsiqənizi tələb edəcəyik, zəhmət olmazsa, onu əlinizdə saxlayın.

MƏNİM SİFARİŞİMİ BAŞQA BİR ŞƏXS QƏBUL EDƏ BİLƏR?
Bəli, həmin şəxs yalnız sifariş vermək üçün istifadə olunan şəxsiyyət vəsiqəsini və ya pasportu təqdim etməlidir.

SİFARİŞİM ÜÇÜN NECƏ ÖDƏNİŞ EDƏ BİLƏRƏM?
Çatdırılma zamanı nağd yollu ilə və ya kredit kartı ilə (link üzrə)

QİYMƏTLƏRİNİZƏ ƏDV DAXİLDİR?
Bəli, veb-saytdakı bütün qiymətlərə ƏDV daxil edilir.

SİFARİŞDƏN NECƏ İMTİNA EDƏ BİLƏRƏM?
Sifarişdən çatdırılma müddəti ərzində imtina edə bilərsiniz (bağlama qaytarılması üçün kuryer vasitəsi ilə əlaqəli mağazalara geri göndərilir).

MƏHSULU NƏ QƏDƏR MÜDDƏTDƏ DƏYİŞDİRMƏK VƏ YA QAYTARMAQ OLAR?
Mağazamızdan alınan lazımi keyfiyyətli məhsul öz formasına, ölçüsünə, fasonuna, rənginə görə Sizə yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, Siz onu 14 gün (alındığı günü istisna olmaqla) ərzində dəyişdirə və ya geri qaytara bilərsiniz.



MALLARIN GERİ QAYTARILMASI VƏ DƏYİŞDİRİLMƏSİ ÜÇÜN PROSEDURALAR

Müştərinin qəbul etdiyi istənilən keyfiyyətli mallar aşağıdakı şərtlərə riayət etməklə dəyişdirilə və qaytarıla bilər:
1) mal istifadə olunmamalıdır;
2) malın əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı saxlanılmalıdır;
3) mal və yaxud kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədlər saxlanılmalıdır.

Aşağıda sadalanmış mallar dəyişdirilə və ya qaytarıla bilməz:
1) Parfümeriya-kosmetika malları;
2) Kişi, qadın və uşaq çimərlik paltarları;
3) Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
4) Şəxsi gigiyena əşyaları (diş firçaları,daraqlar, biqudilər və s.);
5) Uşaq oyuncaqları;
6) İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.


Qeyd: bütün geri qaytarmalar mağazalar açıldıqdan sonra 14 gün ərzində qəbul ediləcək (istisnalar link vasitəsi ilə ödənilmiş və çatdırılma zamanı imtina edilmiş sifarişlərdir, hansılar müvafiq mağazaya göndərilir və ödənişin qaytarılması bank köçürməsi yolu ilə həyata keçirilir).